Avropa İttifaqının xüsusi nümayəndəsi İrəvandan birbaşa İstanbula yollanıb

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb. Diplomat İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə yollanıb.

Toivo Klaar bu barədə öz “Twitter” hesabında yazıb.

Qeyd olunur ki, T.Klaar Ermənistan rəsmiləri ilə Azərbaycanla mümkün sülh müqaviləsini, Azərbaycanın Qarabağ ərazisində baş verən son hadisələri müzakirə edib.  

Lakin Avropa İttifaqının nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]