““Mercedes” işə düşmədi, piyada gəldim” – Lukaşenko

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin liderlərinin sammiti keçirilir.

Aktualtv.az xarici mediaya istinadən xəbər verir ki, sammitin keçirildiyi Ala-Arça dövlət iqamətgahında qonaqların qarşılanma mərasimi zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə qırğız həmkarı Sadır Japarov arasında maraqlı dialoq olub. 

Belə ki, Lukaşenko Japarova deyib: “Gecikməmişəm ki? “Mercedes” zəifdir, işə düşmür, piyada gəldim”.

Lukaşenkodan əvvəl isə məkana Ermənistanın Baş naziri Nikol Paşinyan gəlib. Onun iqamətgaha hər kəsdən əvvəl gəldiyi bildirilir.

Qeyd edək ki, Rusiya və Qazaxıstan Prezidentləri Vladimir Putinlə Kasım-Jomart Tokayev də artıq sammitin keçiriləcəyi məkana gəliblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]