“Vasif Talıbovun ərizə yazması ilə bağlı məlumatım yoxdur”

Bu günlərdə Naxçıvanda Ali Məclisin sədri Vasif Talıbovun istefa verməsi ilə bağlı xəbərlər yayılıb.

Aktualtv.az xəbər verir ki, bu məlumatla bağlı naxçıvanlı deputat Siyavuş Novruzov “Müsavat”a açıqlama verib.

Siyavuş Novruzov xatırladıb ki, Naxçıvanda hüquq-mühafizə orqanları iş aparır. Onun sözlərinə görə, hazırda araşdırmalar gedir və nəticəsi gözlənilir: “Vasif Talıbovun ərizə yazması ilə bağlı hər hansı məlumatım yoxdur. Araşdırmaların nəticəsindən asılı olaraq qərar verilməlidir. Mən parlamentdə də qeyd etmişdim ki, cənab Prezident hər şeyin yaxşısını, düzünü bilir. O, hansı qərarı qəbul edəcəksə, biz də onu qəbul edəcəyik. Gedən proseslərlə bağlı dəqiq məlumatı olan da, olmayan da danışır. Araşdırma gedən vaxt hüquq-mühafizə orqanlarının cavabını gözləmək lazımdır. Prezidentin səlahiyyətidir ki, orda bir strukturu ləğv edir, ikincini ləğv edir. Konstitusion səlahiyyətidir. Proseslər necə gedirsə, bunu məlumatlı adamın danışması yaxşı olar”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]