Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

Aktualtv.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Yeni təyinatların olduğu təhsil müəssisələrindən biri olan Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova direktor təyin olunub.

Belə ki, bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin sabiq direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edilmişdi.

Baş verən hadisəyə görə 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova və Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilmişdi.

Fotoda Yeganə Əsgərova

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]