“Laçın dəhlizi”: Jurnalistlərimiz və QHT-lər rus sülhməramlıları ilə toqquşdu: VİDEO, CANLI YAYIM

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.

QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.

Ərazidə çadırlar qurulub. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

“Hazırda aksiya iştirakçıları üç çadır qurur. Biz çadırlarda yerləşəcəyik”, – deyə aksiyada iştirak edən jurnalist Niyaz Niftiyev saytımıza bildirib.

Aksiyada Azərbaycanın 100-dən çox QHT nümayəndəsi iştirak edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]