“Volkov, sənin yiyən var?” – AzTV (VİDEO)

AzTV Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovla bağlı aktual şərh yayımlayıb.

“Həftə” verilişinin aparıcısı Rövşən Məmmədov Volkovun və tabeçiliyində olan hərbçilərin azərbaycanlılara qarşı saymazyana hərəkətlərinin, separatçı ermənilərə, iranlı casuslara hamilik etməsinin arxasında kiminsə dayandığına işarə edib.

“Axı sülhməramlı kontingentin rəhbərini kimsə təyin edir. Əgər bu təyinat – təbii ki, bu belədir – Moskvadan gəlirsə, Volkovun atdığı addımlara istiqamət verən Moskvadırsa, o zaman belə çıxır ki, o, gördüyü işlərlə bağlı hesabatı Rusiya Prezidenti Vladimir Putinə verir. O halda onun yarıtmaz fəaliyyətinə niyə Kremldən reaksiya gəlmir? Belə çıxır ki, Volkovun Vardanyanla şərikli biznesinin bir ucu da rəsmi Kremlə gedib çıxır”, – deyə şərhdə qeyd olunur.

Bu gün Volkovun atdığı pozucu addımların Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbələr vurduğu da şərhdə vurğulanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]