Volkov harada gizlənib? – Sülhməramlı generalın YEFRETOR OYUNLARI

Xəbər verdiyimiz kimi, rəsmilərimizin Rusiya sülhməramlıların müvəqqəti nəzarəti zonasında sərvətlərimizin talan edilməsilə bağlı monitorinqinə törədilən mane etiraz aksiyaları ilə nəticlənib. Artıq bir gündən çox müddətdir ki, ekofəallar tərəfindən Xankəndini Ermənistanla birləşdirən Laçın yolunda hərəkət dayanıb.
Əsas maraq doğuran məqam isə, aksiyaların daha nə qədər davam edəcəyi ilə bağlıdır?

Əvvəla onu qeyd edək ki, aksiyaçıların bəlli tələbləri var. Onlar Rusiya hərbi kontingentinin komandanı Volkovla görüşmək və monitorinq missiyamızın müvafiq ərazilərə buraxılmasını tələb edirlər.

Vəziyyətin ümumi gedişi isə aksiyaların hələ bir müddət də davam etməsi ehtimallarını artırır.

Ona görə ki…

Birincisi, nə hikmətdirsə, Volkov aksiyalar başlayandan bəri hələki hadisə yerinə təşrif buyurmaq imkanı tapa bilməyib. Bu da sülhməramlıların əsl məramını bəlli edir. Görünən qədərilə, Volkov separatçıların, bəlkə də özünün paxırlarının açılmasından qorxduğu üçün hadisə yerindən qaçmağı və bununla da aksiyaların uzanmasını məqbul hesab edir.

İkincisi, əraziyə əlavə rus qüvvələri cəlb olunub, eləcə də, modul yataqxanalar gətirilib. Bu da rusların hələ bir müddət də aksiyaların qarşısında qərar tutmağa hazırlaşdıqları ehtimalını gücləndirir.

Üçüncüsü, Xankəndi istiqamətindən ermənilərin də yaxın ərazidə toplaşdıqları bildirilir. Yəni, daha əvvəl Vardanyanı qabağa verən ruslar yenə də, vəziyyətin inkişafından asılı olaraq eyni ssenariyə baş vurmağı planlaşdırırlar.

Dördüncüsü və ən əsası, aksiyaçılarımız öz mövqelərində qətidirlər. Onlar tələbləri yerinə yetirilmədən, geri addım atamayacaqlar. Üstəlik, aksiyaçılara ciddi dəstəyin gəldiyi də göz önündədir. Artıq bu səhər xeyli sayda dəstəkçi aksiyaya qoşulmaq üçün Şuşaya yollanıb.

Beşincisi, dünən Rusiya Prezidenti Vladimir Putinlə Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışıqları baş tutub. Ehtimal ki, aksiya məsələsi də danışıqlar zamanı müzakirə olunub. Lakin görünür, sözügedən mövzuda ortaq məxrəcə gəlmək mümkün olmayıb ki, aksiyalar davam edir.

Qərbə mesaj, Rusiyaya xəbərdarlıq.

Ümumilikdə isə ekoloji aksiya metodunun təsir gücü baxımından əhəmiyyəti xüsusi vurğulanmalıdır. Çünki bu Azərbaycanın həm Qərb, həm də Rusiya qarşısında əlini güclü edən “kozır” hesab olunmalıdır.

Bəllidir ki, Laçın yolunun bağlanması məsələsini ermənilər fərqli formada qələmə verərək, beynəlxalq arenada bunu Azərbaycana qarşı istifadə edə bilərdilər. Lakin ekoloji problemləri hər zaman qabardan Qərb aksiyaçılarımızın bəlli tələblərinə qarşı erməniləri müdafiə edə bilməyəcək. Etsələr belə, bu açıq ikiüzlülük kimi görünəcək.

Rusiyaya gəlincə isə bu aksiya Moskvaya ciddi bir xəbərdarlıq olacaq. Çünki sülhməramlıların qarşımıza çıxardığı beş-on separatçının qarşısına kütlə ilə çıxaraq, bundan sonrakı özbaşınalıqlara susmayacağımızı açıq şəkildə nümayiş etdirdik.

Bizim.Media

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]