Yaxın günlərdə Şuşa və Laçında hava necə olacaq? – AÇIQLAMA

“Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi sahəsi təyin edəcək. Şuşada, Kəlbəcərdə və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı olacaq: “Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyə kimi olacaq. Gündüz saatlarında isə temperaturun müsbət olması proqnozlaşdırılır. Günorta saatlarında 3-5 dərəcə isti olacağı gözlənilir. Lakin səhər saatlarında və axşama doğru temperatur bir qədər enərək 0 – -2, -3 dərəcə intervalında dəyişəcək. Respublikanın digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti olacaq. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Lakin bu, çox qısamüddətli prosesdir. Həftənin sonuna qədər hava şəraiti nisbətən əlverişli olacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]