Mübariz Mənsimov aksiya keçirənlərə səsləndi – Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın…

İki gündür ki, Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin keçirdiyi etiraz aksiyasını xüsusi diqqətlə və həyəcanla izləyirəm. Əli silahsız insanlar Vətən uğrunda avtomat, pulemyot, hətta qumbaraatanlarla silahlanmış rus “sülhməramlıları” ilə qarşı-qarşıya dayanıb. Rus əsgərlərinin düz gözünün içinə baxır qorxmaz oğullarımız. Bu, sözün əsl mənasında, cəsarət, mərdlik və vətənpərvərlik nümunəsidir. Bu, əsl “yumşaq güc” siyasətidir. Bu, eyni zamanda, Azərbaycan insanının daxili aləminin zənginliyinin bariz göstəricisidir. Azərbaycanlılar, nə qədər sevirsiniz Vətənimizi, Qarabağımızı! Heyranam bu sevgiyə və fədakarlığa. Mövzu Vətəndirsə, hamı ayaqdadır! Uzaqdan da olsa, sizləri alqışlayıram, dəstəkləyirəm, həmrəy olduğumu bildirirəm. Biz birlikdə güclüyük! Aksiyadan paylaşılan hər bir kadr, hər bir çıxış qürurdur, fərəhdir, fəxrdir. Tanrı sizləri qorusun!

Ürəyim, qəlbim, ruhum sizinlədir, əziz qardaş və bacılarım. Sizə istənilən köməyi göstərməyə hazıram. Canla-başla… Bir kəlmə sözünüz yetərlidir. Sizin arxanızda güclü, qüdrətli, müasir Azərbaycan dövləti dayanır. Möhkəm dayanın, qürurla dayanın, Vətənimizi sevərək dayanın…

Necə ki, dayanırsınız…

Hər biriniz böyük və şanlı tariximizin daha bir səhifəsini yazırsız. İmzanız xoşbəxt gələcəyimizdə mütləq görünəcək…

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]