Zaur Mirzəyev öz rəisinin qohumu ilə evli imiş

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkən polkovnik Zaur Mirzəyevlə bağlı bir sıra detallar üzə çıxıb.

Aktualtv.az-ın “Kriminalqafqaz”a istinadən məlumatına görə, o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun yaxın qohumudur. Belə ki, Z.Mirzəyev Xidmət rəisinin əmisi qızı ilə evlidir. Füzuli Əsədovun köməkçisi vəzifəsində işləyən polkovnik qohumluq əlaqələrindən istifadə edərək idarədə işçilər arasında öz nüfuzunu aşkar surətdə nümayiş etdirib. Xidmət rəisi ilə qohumluq münasibətlərinə görə hər kəs Zaur Mirzəyevdən çəkinib.

Zaur Mirzəyev 2007-ci ildən sözügedən vəzifəni icra edib və daxili xidmət polkovniki rütbəsini daşıyıb. İşi xidmət rəisinin tapşırıqlarını yerinə yetirmək və verdiyi tapşırıqları əməkdaşlara çatdırmaqdan ibarət olub.

Hazırda o, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığı vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309.2 (Vəzifə səlahiyyətlərini aşma) və 312-1.1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddələri ilə təqsirli bilinir. Zaur Mirzəyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Xatırladaq ki, Füzuli Əsədov keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]