AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu yenidən təxirə salındı

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gün, dekabrın 19-da aviaşirkətin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təhlükəsizlik məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]