“Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq” – Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin binasında xınayaxdı mərasiminin keçirilməsinə dair görüntülər yayılıb.

Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib:

“Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?

Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, – deyə nazir qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]