Ermənilərin Xocavənddəki postunda MİNA PARTLAYIŞI

Dekabrın 18-də günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

“Unikal”ın məlumatına görə, partlayış nəticəsində qanunsuz dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdiriblər. 

Məlumatda o da qeyd olunur ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasiya olunub. 

Vəziyyəti ağır qiymətləndirilən qanunsuz erməni silahlı dəstəsinin digər üzvü isə baş və diz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]