Finlandiyanın Helsinki şəhərində fəalyyət göstərən Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Şənlikdə Azərbaycan həftəsonu məktəbinin şagirdləri və onların valideynləri, Finlandiyada yaşayan azərbaycanlı, türk, gürcü ailələri, Koreyanın bu ölkədəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarını Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova və Azərbaycan dili müəllimi Sura Ağaverdiyeva salamlayblar. Dünya Azərbaycanlılarının Həmrəylik Günü barədə ətraflı məlumat verən xanımlar tədbir iştirakçılarını və qonaqları bayramlar münasibətilə təbrik ediblər.
FOTO QALEREYA


















