“İrəvana ünvanlanan təkliflər qüvvədə qalır” – Zas

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bu gün təşkilatın Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyə hazır olduğunu açıqlayıb.

Zasın sözlərinə görə, belə bir missiyanın göndərilməsi təklifi KTMT -nin sonuncu sammiti zamanı yayılan təkliflər siyahısına daxil edilib.

“Əgər Ermənistan altı bəndlik tədbirlər paketi ilə bağlı və ya ayrı-ayrı bəndlər üzrə, o cümlədən missiyanın işə salınması ilə bağlı qərar qəbul etməyi məqsədəuyğun hesab edərsə, bu, kifayət qədər operativ şəkildə təşkil oluna bilər”, – Zas bildirib.

O, qeyd edib ki, alyansın İrəvan təklifləri ilə bağlı planları qüvvədə qalır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]