Sığınacaqda azyaşlı qız şiddətə məruz qalıb?

“Sevgi” Uşaq Sığınacağında saxlanılan uşağın vəziyyəti ağırdır.

Bununla bağlı Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. Kəmalə Ağazadə həmin uşaq sığınacağının qapadılması barədə qərar verildiyini, hələ də istintaq getdiyini qeyd edib. Onun sözlərinə görə, dəfələrlə ona uşağın döyüldüyü barədə məlumat verilib:

“”Totu” ləqəbli uşaq isə ÖLÜR!!! 2 il ərzində görün uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib,deyib soruşdunuz? Ümumiyyətlə qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür!!! Amma mən faktlara əsaslana bilərəm! Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür! Yalvarıram, qurtarın bu uşağı! Ölür uşaq.”

DİN Mətbuat xidmətindən bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırılma aparılıb. Bildirilib ki, aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]