Kaliforniyanın Kempbel şəhərində Həmrəylik Gününə həsr olunmuş konsert keçirilib

ABŞ-ın Kaliforniya ştatında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylük Günü münasibətilə konsert keçirilib.

Kempbel şəhərindəki Starbright teatrında baş tutan konsert Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.

Konsert öncəsi tədbir iştirakçılarını salamlayan cəmiyyətin rəhbərliyi dünya azərbaycanlılarını qarşıdan gələn möhtəşəm bayram münasibətilə təbrik edib və bu bayram sevincini soydaşlarımızla bölüşdükləri üçün yerli ictimaiyyətə minnətdarlığını bildirib. Soydaşlarımızın tarixi vətənlərinə bağlılığında həmrəyliyin böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb. 

Sonra konsert proqramında tanınmış kamança ustası, San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru İmamyar Həsənov, Röya və Rizvan dueti, Roza Əliməmmədovanın bədii rəhbəri olduğu rəqs qrupu çıxış ediblər. Onların ifasında Azərbaycanın xalq, bəstəkar mahnıları və milli rəqslərimiz təqdim olunub. Sənətçilərin çıxışı zamanı səhnədəki iri monitorda paytaxt Bakının və Azərbaycanın bölgələrinin tarixi-mədəni abidələrini və füsunkar təbiətini əks etdirən görüntülər nümayiş etdirilib. 

Konsert qonaqların alqışları ilə qarşılanıb.

Qonaqların arasında Los Qatos şəhər şurasının üzvü Maria Ristou da olub. Qonağa   Azərbaycan tarixi, mədəniyyəti və musiqisi barədə ətraflı məlumat verilib.

FOTO QALEREYA

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]