Türkiyədə həbsdə olan general ÖLDÜ

Türkiyədə  28 fevral “postmodern çevriliş”ə cəhddə ömürlük həbs cəzasına məhkum edilən istefada olan general-leytenant Vural Avar həbsxanada ölüb. 

Bu barədə “Cümhuriyyət” qəzeti məlumat yayıb. 

“28 Fevral davasında səhhətindəki problemlərə baxmayaraq həbsxanada saxlanılan 85 yaşlı istefada olan general-leytenant Vural Avar vəfat edib”, – KİV qeyd edib. 

28 Fevral işi ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən 14 nəfərdən Çevik Bir, Çetin Saner və Aydan Erol xəstəlikləri səbəbindən azadlığa buraxılıb.

Türkiyə siyasi tarixinin qaranlıq səhifələrində öz yerini tutan və “postmodern çevriliş” kimi qələmə verilən Milli Təhlükəsizlik Şurasının 28 fevral 1997-ci il tarixli toplantısında qadınların hicablı olduqları üçün məktəblərə buraxılmadığı, mövcud ictimai quruluşu qorxu və təhlükə məntiqinə indeksləşdirən qərarlar qəbul edilib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]