Hulusi Akar: “Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir”

“Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq bütün ölkələrə nümunə olacaq səviyyədədir. Bu, regionda davamlı sülh və sabitliyə töhfə verəcək”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər üç ölkə regionda sülh və sabitlik üçün birgə səy göstərir.

Nazir sammitdə Cənubi Qafqazla bağlı ümumi baxışı bölüşən həmkarları ilə əməkdaşlıq məsələlərini geniş perspektivdən müzakirə etdiklərini əlavə edib.

“Biz Ermənistana uzadılan sülh əlinin tutulmasını istəyirik. Bu, həm özü, həm də regionda sülh üçün vacibdir. Əgər Ermənistan atəşkəsi pozmaqdan çəkinsə və razılaşmaya əməl etsə, sülhün və sabitliyin bir hissəsinə çevrilə bilər. Ümid edirik ki, belədir. Biz onlardan bunu gözləyirik”, – deyə Hulusi Akar vurğulayıb.

Xatırladaq ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında görüş keçirilib. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Mənbə: Haber Global

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]