İlham Əliyev Bakıda Serbiya prezidenti ilə bunları müzakirə edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə qaz, elektrik enerjisi və silah təchizatı məsələlərini müzakirə edəcək.

Bu barədə o, Bakıda Serbiyanın Pink telekanalına müsahibəsində bildirib.

“Biz elektrik enerjisindən qaza qədər enerji məsələlərinə dair danışıqları gözləyirik. Həm hərbi sənaye, həm də bilik və texnologiyaların transferi ilə bağlı mühüm danışıqlar gözlənilir”, – Vuçiç qeyd edib. 

Serbiya prezidentinin saytında yerləşdirilmiş mesajda onun Bakıda Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə də görüşəcəyi bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]