Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə tədbir keçirilib

“Gənclərin Anti-Narkomaniya” ictimai Baki Biznes Kooperasiya kollecinin akt zalında tələbələrin antinarkotik dünya görüşünün formalaşdırılması məqsədilə təbliğat tədbiri keçirdi. Tədbirdə Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədr müavini Büllur Məmmədova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Bəxtiyar Abbaszadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun baş məsləhətçisi Vasif Quliyev,Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Baki Biznes və Kooperasiya Kollecinin Təlim-Tərbiyə və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Quliyeva Cəmilə və kollecin tələbələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədr müavini Büllur Məmmədova açaraq bildirdi ki, Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir. “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verdi. Birliyin sədr müavini vurğuladı ki, yeniyetmə və gənclər arasında narkomaniya ilə  bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi lazımdır.

Zamanın tələbi olduğunu vurğulayaraq qeyd etdi ki, “bəşəri bəla” kimi qiymətləndirilən narkomaniya çağdaş dünyada insan həyatını ciddi təhlükə qarşısında qoyan ən qorxulu problemlərdəndir.

Tədbirin məqsədi ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə  ətraflı məlumat verməkdən ibarətdir. Ölkəmizdə də bu istiqamətdə mühüm işlər görülmüşdür.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) nümayəndəsi, polis kapitanı Bəxtiyar Abbaszadə qeyd etdi ki, bütün sivil ölkələrdə olduğu kimi Azərbaycanda da insanların təhlükəsizliyinin və sağlamlığının qorunması dövlət səviyyəsində həyata keçirilən fəaliyyətlərin ən mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, görülən tədbərlərə rəğmən beynəlxalq terrorçuluğun əsas maliyyə mənbələrindən sayılan beynəlxalq narkobiznes insan təhlükəsizliyi üçün yeni təhdidlər yaradır və bu məsələ qlobal gündəliyin ən aktual problemlərindən biridir. Narkomanlığa düçar olmuş insanların “canlı ölüyə” çevrildiyini deyən Bəxtiyar Abbaszadə vurğuladı ki, narkotacirlər öz gəlirlərini artırmaq məqsədilə daim yeni qurbanlar axtarışındadırlar. BNMİ nümayəndəsinin açıqladığı statistikaya əsasən, bir narkotacir ay ərzində orta hesabla 4-6 nəfəri məqsədli şəkildə öz şəbəkəsinə cəlb edir. Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinin əsas strateji xəttlərindən birinin narkomanlığa və narkobiznesə qarşı mübarizənin olduğunu bildirən BNMİ-nin təmsilçisi vurğuladı ki, son illər ərzində aparılan islahatlar nəticəsində bu sahədə çox mühüm, nəzərəçarpacaq dərəcədə irəliləyişlər əldə olunub, narkobiznecə qarşı mübarizə üsulları təkmilləşdirilib, əhalinin maarifləndirilməsi üçün geniş işlər həyata keçirilməkdədir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun baş məsləhətçisi Vasif Quliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirildiyi qeyd etdi. Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, hazırda ölkədə rəsmi qeydiyyata alınan narkotik maddə istifadəçilərinin sayı 34 min 602 nəfər təşkil etsə də, qeydiyyatda olmayan narkotik maddə qurbanlarının, bu bəladan əziyyət çəkənlərin sayı daha çoxdur. Vasif Quliyev həmçinin bildirdi ki, rəsmi qeydiyyata olan 34 min 602 nəfər narkotik maddə istifadəçiləri təşkil edir. Azərbaycan ərazisində sintetik tərkibli psixotrop maddələrin daha geniş yayıldığını və bundan elə ilk istifadə edənlərin asılı vəziyyətə düşdüyünü deyən Vasif Quliyev xüsusilə vurğuladı ki, Vətən müharibəsindən sonra Azərbaycan ərazisində rəsmi adı “metamfetamin”, daha çox “şüşə” yaxud “patı” kimi tanınan narkotik maddənin yayılması qeydə alınıb. Bunu Azərbaycana düşmən olan qüvvələrin düşünülmüş planı adlandıran Dövlət Komissiyasının İşçi qrupunun baş məsləhətçisi bildirdi ki, hazırda narkotik maddə aludəçiləri təxminən psixotrop maddədən istifadə edir. Vasif Quliyev dedi ki, istənilən şəxsin narkotik maddə istifadəçisinə çevrilməsinin başlıca səbəbi onun məlumatlılıq səviyyəsinin aşağı olmasındadır və bu cür halları aradan qaldırmaqla narkomanlığa və narkobiznesə qarşı mübarizənin effektifliyi bir neçə dəfə artacaq.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov bildirdi ki, Narkomaniyanın yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə, bütün bəşəriyyət üçün sosial bəlaya çevrildiyini, Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən sui-istifadə edən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narko-işbazlar ölkə daxilində də narkomanlığın yayılması üçün şərait yaradırlar. Narkomanlıq kimi bəla ilə mübarizədə ciddi nailiyyətlər əldə etmək üçün qabaqlıyıcı tədbirlərin görülməsi, ilk növbədə, ailədə, məktəbdə, ali təhsil ocaqlarında maarifləndirmə işlərinin aparılması önəmlidir.

Tədbirin sonunda kollecin tələbələrini maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]