Azərbaycan Laçın yoluna nəzarəti bərpa etdi – “Hraparak”

“Laçın dəhlizi” artıq yoxdur, hətta bir müddət sonra yol açılsa belə, Azərbaycanın nəzarəti davam edəcək.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

Nəşr qeyd edir ki, Azərbaycan əvvəldən Laçın yoluna nəzarət etmək istəyirdi: “Ermənistan buna müqavimət göstərirdi. Hesab olunur ki, nəzarət Azərbaycana keçərsə, Qarabağdakı ermənilər sürətlə bölgəni tərk edəcəklər. Rusiya sülhməramlıları da buna qarşı idi. Lakin artıq 10 gündən çoxdur davam edən aksiya faktiki olaraq Laçın dəhlizinə nəzarətin Azərbaycana keçməsi ilə nəticələnib. Sülhməramlılar artıq qərar verən tərəf deyil, aksiya iştirakçıları olan azərbaycanlılar istəmədikləri yüklərin, yaxud şəxslərin keçidinə icazə vermir. Sülhməramlılar yola nəzarəti itiriblər, onlar üçün hazırda vacib olan məqam öz kontingentlərinin təminatı üçün yoldan istifadə edə bilmələridir. Görünür, Rusiya ya Azərbaycan və Türkiyə ilə münaqişəyə girmək istəmədi, ya da başqa razılaşmalar var”.

Nəşr yazır ki, bir müddət sonra Qarabağdakı ermənilər azərbaycanlıların nəzarəti altında Laçın yolundan istifadə edəcəklər: “Bu vəziyyət tədricən hər kəs tərəfindən qəbul olunacaq. Qarabağdakı ermənilər də bir müddət sonra bunu normal qarşılayacaqlar. Beləliklə, Azərbaycan Qarabağ üzərindəki hakimiyyətini bərpa edəcək, bu vəziyyətlə razılaşan ermənilər orada yaşaya biləcək, yaşamayanlar bölgəni tərk edəcəklər”.

Nəşr əlavə edir ki, Xankəndi yolunda keçirilən aksiya faktiki olaraq öz hədəfinə çatıb.

“Aksiyada ekoloji tələblər irəli sürülür. Bu, faktiki olaraq icra olunmuş sayıla bilər. Çünki bundan sonra Qarabağdakı mədənlərin istismar olunması çətindir, mədənlərdən çıxarılan filizin Ermənistana daşınması da artıq mümkün deyil”, – məqalədə bildirilir.

“Hraparak” Ermənistan hakimiyyətinin neytral mövqeyinə də diqqət çəkib.

“Hakimiyyət baş verənləri humanitar məsələ adlandırır və aktiv müdaxilə etməməklə Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu təsdiq edir. Paşinyan düşünür ki, Azərbaycanın Laçın dəhlizinə nəzarət etməsi Zəngəzur dəhlizi məsələsini gündəmdən çıxaracaq. Lakin yanılır, Azərbaycan Zəngəzur dəhlizində israrlı mövqeyini davam etdirəcək”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]