“İran tezliklə Rusiyaya göndərdiyi silah partiyasını genişləndirə bilər” – Mossad şefi

“İran tezliklə Rusiyaya göndərdiyi silah partiyasını genişləndirə bilər”

Bunu İsrail kəşfiyyatının rəhbəri David Barnea deyib:

“İsrailin əlində elə məlumatlar var ki, Ukraynadakı müharibədə istifadə etmək üçün Rusiyaya İran tərəfindən qabaqcıl silahlar göndərilməsini inkişaf etdirməyi və genişləndirməyi planlaşdırdığını göstərir ”

Mossad şefi eləcə də təsdiqləyib ki, İsrail öz müttəfiqlərinə İranın pilotsuz uçuş aparatlarının Rusiyaya daha öncə çatdırılması barədə məlumat verib.

O, əlavə edib: “İslam Respublikasının bununla bağlı yalanlar söyləməsinə baxmayaraq, İranın Rusiyaya silah təhvil vermə tarixi ilə bağlı həqiqəti aydınlaşdırdıq”.

Barneanın sözlərinə görə, Mossad İsrailin müttəfiqlərinə İslam Respublikasının gizli şəkildə Rusiyaya daha qabaqcıl silahlar verməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]