Sahibə Qafarova: “İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir”

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 23 dekabr tarixli iclasındakı giriş nitqini Azərbaycan Prezidentinə ünvanladığı təbrikə həsr etdi.

Xanım spiker qeyd etdi ki, sabah Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür: “Möhtərəm Prezident cənab İlham Əliyev Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyi möhtəşəm işlərlə xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək üçün dövlət başçısından siyasətə, iqtisadiyyata, hərb işinə, tarixə, mədəniyyətə, başqa sahələrə dərindən bələdlik tələb olunur. Bütün bu xüsusiyyətlərlə yanaşı, cənab İlham Əliyev Vətənə dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət kimi yüksək mənəvi keyfiyyətlərə də malikdir”.

 Spiker bildirdi ki, İlham Əliyev Azərbaycanın müzəffər rəhbəridir: “Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması ölkəmizin inkişaf tarixində yeni mərhələ açmış, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib. Ölkəmizin xoşbəxt gələcəyi bu gün cənab İlham Əliyevin əzmlə davam etdirdiyi quruculuq və inkişaf strategiyası ilə bağlıdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək”.

Yekunda S.Qafarova bildirdi ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentimizə Milli Məclis adından təbrik məktubu ünvanlamağı təklif edir. Deputatlar alqışlarla razılıqlarını ifadə etdilər. “Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq” – spiker əlavə etdi.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]