Bakıda hansı mədəniyyət xadimlərinin adlarına küçələr var?

Bakı küçələrini araşdırası olsaq, o qədər dərin mətləblərdən agah olarıq ki. Hər küçə bizi keçmişin bir səhifəsinə aparar. Çox zaman adını əzbər bilirik, özünü tanımırıq bu küçələrə adları qoyulmuş qəhrəmanların. Amma bu gün adlarını çəkdiyim insanları ən azından orta yaşlı nəslin nümayəndələri yaxşı tanıyırlar. Bakıda hansı məşhur mədəniyyət xadimlərinin adına küçələr var?

Məşhur aktyorlardan Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Həqiqət Rzayevanın adlarına küçələr var.

Bəstəkarlardan Asəf Zeynallı, Tofiq Quliyev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Soltan Hacıbəyovun adları Bakı küçələrində əbədiləşdirilib.

Şair və yazıçılardan Cavid, Mirəli Qaşqay, Əhməd Cavad, Mirəli Seyidov, Mirzə İbrahimov, Nigar Rəfibəyli, Tolstoy, Sabit Rəhman, Puşkin, Yesenin, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Sani Axundov, Şıxəli Qurbanov, İslam Səfərli, Əliağa Vahid, Müşfiq, Süleyman Vəzirov, Seyid Əzim Şirvani, Nizami, Məhsəti Gəncəvi, Bəxtiyar Vahabzadə, Məhəmməd Hadi, Çəmənzəminli və s. adları küçələrimizə verilib.

Müğənnilərdən Şövkət Ələkbərova, Rəşid Behbudov. Müslüm Maqomayev, Həqiqət Rzayeva, Seyid Şuşinski, Mirzə Babayev, Xan Şuşinskinin adları yalnız musiqilərdə deyil, küçələrdə də yaşayacaq.

Rəssamlardan Əzim Əzimzadə, Səttar Bəhlulzadə, tarzənlərdən Mirzə Mənsur, Hacı Məmmədovun adları da paytaxt küçələrində yaşadılır.

Unutduqlarımız oldumu? Bəlkə də var. Elə isə siz yadımıza salın.

“Lent.az”

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]