Mübariz Mənsimov: “QALİB AZƏRBAYCAN adlı əsərin müəllifi İlham Əliyevdir”

Aktual TV xəbər verir ki, bu sözləri “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov Prezident İlham Əliyevin ad günü ilə bağlı deyib:

Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!

Siz təkcə çağdaş tariximizin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən, liderlərindənsiniz. Sizin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləriniz o qədər böyükdür ki, xüsusi təmtəraqlı ifadələrə yer vermədən gerçəklikləri, şahidi və iştirakçısı olduğumuz hadisələri xatırlamaq Sizin kimi tarixi şəxsiyyətin siyasi portretini təqdim etmək üçün yetərlidir.

44 günlük Vətən müharibəsindən sonra bir azərbaycanlı kimi ən çox qürur duyduğum məqam odur ki, mən artıq işğal altında olan ölkənin deyil, mərd oğulların qanı və canı hesabına bütövlüyünü qazanmış Vətənimin zərrəsiyəm. Müasir dünyada “Qalib” sözünü işlətmək asandır, lakin bir ölkəni, bir milləti qalib etmək olduqca çətin, bəlkə də qeyri-mümkündür. Buna nail olmaq üçün Azərbaycana sərkərdə lazım idi. Biz çox xoşbəxt xalqıq ki, Siz, Azərbaycan xalqının Ali Baş Komandanı, bunu bacardınız! Böyük Zəfər, xalq, dövlət və ordunun Dəmir yumruq kimi birliyi, nəhayət, QALİB AZƏRBAYCAN adlı əsərin müəllifi məhz Sizsiniz!
Sizin ardıcıl fəaliyyətiniz, gərgin zəhmətiniz nəticəsində bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, o cümlədən mən sonsuz fəxr hissilə bəyan edirik ki, AZƏRBAYCAN adlı qalib vətənin parçasıyıq. Hər bir azərbaycanlıya bu xoşbəxtliyi yaşatdığınız üçün Sizə minnətdaram, cənab Prezident!

Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edir, Sizə məsuliyyətli və şərəfli dövlətçilik fəaliyyətinizdə “Palmali” və öz ailəm adından yeni-yeni nailiyyətlər diləyir, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]