QHT sədri: “İlham Əliyevin sonuncu cümləsini heç vaxt unutmaram”

“Mədəniyyətin və Milli Ənənələrinin Təbliği” ictimai birliyinin sədri Etibar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edərək, bunları deyib:

“Vətən müharibəsi dövründə düşmən ölkələrdən birinin Azərbaycana nifrətini gizlətməyən tanınmış jurnalisti ölkəmizin hərbi və diplomatik uğurlarını etiraf etmək məcburiyyətində qalaraq, deyir: “İlham Əliyev o qədər güclü liderdir ki, Azərbaycanın hüdudları onun üçün dardır. İlham Əliyev sübut etdi ki, dünya miqyaslı liderdir”.

2003-cü il oktyabrın 15-də 6 nömrəli məktəbdə səs verəndən sonra İlham Əliyev mətbuatın suallarını cavablandırırdı. O zaman “İlham müəllim” deyə müraciət edirdik, çünki prezident seçkilərinin nəticələri hələ məlum deyildi. İlham müəllimdən Prezident seçiləcəyi təqdirdə, Qarabağ məsələsini necə həll edəcəyini soruşdum. Ətraflı cavab verdi, amma sonuncu bir cümləni heç vaxt unutmaram. Dedi, “Azərbaycan bu məsələnin ədalətli həllinə nail olacaq. İstənilən yolla”.

Cəmi 17 il tələb olundu ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə dediyi o sözləri həyata keçirsin. İlham Əliyevi gələcəyimizin Prezidenti, Ali Baş Komandanı, Sərkərdəsi sayıram. Xalqımızın min illərlə topladığı dəyərləri, sərkərdərlik təcrübəsini, yüz illərlə məruz qaldığı zülm və ədalətsizliyin qəzəbini qəlbində cəmləşdirib nəticədə Azərbaycanı qüdrətli etməklə düşmənlərə diz çökdürən İlham Əliyev, əslində, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə, belə demək mümkündürsə, bir planka müəyyən etdi. 30 il yaşadığımız zülmün təkrarlanmasını istəmiriksə, o plankadan aşağı olmağa haqqımız yoxdur. Ölkəmizin və dövlətimizin daim güclü və qüdrətli olmasını, xalqımızın əbədi olaraq rifah içində yaşamasını, milli təhlükəsizliyimizin bütün vektorlar üzrə yüksək səviyyədə təmin olunmasını istəyiriksə, biz mənən, ruhən, güc və qüdrətimizlə həmişə İlham Əliyevin müəyyən etdiyi o plankanın səviyyəsində olmalıyıq. Azərbaycanın beyin mərkəzləri isə ölkənin strateji təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görməlidir.

Sizə, ilk növbədə, sarsılmaz can sağlığı, ikincisi isə, həmişə xalqımızın düşmənlərinin Sizin qarşınızda dizüstə çökmələrini arzulayıram.

Ad gününüz mübarək, Müzəffər Ali Baş Komandan!”

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]