“Bayraktar” PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Aktualtv.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]