“Krasnodar” Kadini transfer etmək istəyir

Rusiyanın “Krasnodar” futbol klubu “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borges Malinovskini transfer etmək üçün danışıqlar aparır.

Bu barədə bazar günü “Sport24” portalı məlumat yayıb.

Məlumata əsasən, klublar 26 yaşlı oyunçunun transferi barədə razılaşma əldə etməyə yaxındırlar.

Futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı yarımmüdafiəçini 1,2 milyon avroya qiymətləndirir.

Cari mövsümdə Kadi “Qarabağ”ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]