Oqtay Şirəliyevin oğlu istefa verdi – FOTO

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğlu “Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyindən istefa verib.

Aktualtv.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu ilin aprel ayında “Azərsığorta”nın sədri Fərhad Adıgözəlovun müşaviri təyin olunan Murad Şirəliyev bu vəzifəsindən getməli olub. O, öz istəyi ilə işdən azad edilib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. O, ABB-dəki vəzifəsindən də istefa vermişdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]