Soçi şəhərində Şah İsmayıl Xətai şəxsiyyətindən bəhs edilib

Rusiyanın Soçi şəhərində Səfəvilər dövlətinin banisi şah İsmayıl Xətaiyə həsr olunmuş tədbir keçirilib.

 “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin təşkil etdiyi tədbirdə soydaşlarımız və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Soçidəki Azərbaycan diasporunun sədri İlqar Səlimov qonaqları salamlayıb və  tədbirin məqsədindən danışıb.

Sonra diasporun gənclər qanadının üzvlərinin Şah İsmayıl Səfəvinin həyat və fəaliyyəti barədə hazırladığı təqdimat nümayiş etdirilib. Onun Azərbaycan dövlətçiliyinin yaradılmasındakı tarixi roluna, bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazdığına diqqət cəlb edilib.

Tədbir Xətainin şeirlərin səsləndirilməsi ilə davam edib.

FOTO QALEREYA

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]