Yol polisindən bayramla bağlı MÜRACİƏT

“Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alaraq deyə bilərik ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşlarının görəcəyi zəruri tədbirlərdən danışan Araz Əsgərli bunları deyib: “Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır. Xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma, durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]