Şəbnəmin qızının toyu təxirə düşdü

Müğənni Şəbnəm Tovuzlu qızı Günelin toyunu təxirə salıb.

Sənətçi bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, əvvəl övladının toyunun dekabrda olacağını desə də, sonradan fikrindən daşınıb:

“Toyu dayandırdıq, ikinci kursda oxuyur. Universiteti bitirsin, sonra. Onun üstündə çox əziyyətim olub. Arzum olub ki, qızım təhsilini alsın sonra. Sevən insan gözləyər. Qızım gündəmdə olmağı sevmir”.

Şəbnəm övladının toyuna Sibel Canı gətirmək istəməsindən söz açıb:

“İmkan və məsləhət olarsa, gətirəcəyəm. Olmazsa da, öz sənətçilərimiz yer alacaq”.

Qeyd edək ki, Günel noyabrda nişanlanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]