Rusiya səfiri Bolqarıstan XİN-ə ÇAĞIRILDI

Rusiya Xarici İşlər Nazirliyi “Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozevin Rusiya hökuməti tərəfindən axtarışa verildiyini elan etdikdən sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirini çağırıb.

Bu barədə “The Sofia Globe” məlumat yayıb.

Bildirilir ki, dekabrın 29-da Xarici İşlər Nazirliyinin binasında səfir Eleonora Mitrofanova ilə görüş planlaşdırılır.

Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, Mitrofanova ilə görüşdə Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərində bolqar dilinin öyrənilməsinə qadağa qoyulması məsələsi də müzakirə olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]