Rusiyanın xalq artisti koronavirusdan vəfat edib

Rusiya Federasiyasının xalq artisti, Dövlət Mükafatları laureatı, bəstəkar Eduard Artemyev 85 yaşında vəfat edib.

Bu barədə onun oğlu məlumat verib. Bəstəkarın koronavirusdan vəfat etdiyi bildirilir.Qeyd edək ki, onlarla məşhur sovet filmlərinin musiqisini bəstələyən Eduard Artemyev daha çox Andrey Tarkovskinin “Stalker” filminə yazdığı musiqi ilə yadda qalıb. O, bu bəstədə Azərbaycanın “Bayatı-şiraz” muğamından istifadə edib.

Məşhur bəstəkar dünya kinosunda Andrey Tarkovski ilə yanaşı, Andron Konçalovski və Nikita Mixalkovun filmlərinə də musiqi bəstələyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]