Ağır qəza: ölən və yaralananlar var

Bakı-Qazax şosesində ağır yol qəzası baş verib.

Aktualtv.az APA-ya istinadən bildirir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində – Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi “VAZ-21014” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin – 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]