Monqolustanda Çingiz xanın paytaxtı bərpa olunacaq

1235-1260-cı illərdə Monqol İmperiyasının ilk paytaxtı olan Karakorum şəhəri bərpa olunacaq.

Müvafiq fərmanı Monqolustan prezident Uxnaaqiyn Xurelsux imzalayıb.

“Böyük imperator Çingiz xanın anadan olmasının 860 illiyi münasibətilə Monqolustan Prezidenti Orxon vadisindəki tarix və mədəniyyət abidəsinin tərkibində yerləşən Böyük Monqolustanın paytaxtı Karakorum şəhərinin bərpa olunması haqqında sərəncam imzalayıb”, – məlumatda bildirilib.

Vurğulanıb ki, Karakorum Monqolustanın yeni sosial-iqtisadi, eləcə də mədəni və mənəvi inkişafı mərkəzinə çevrilə bilər.

Qeyd edək ki, hazırda Karakorum şəhəri Xarhorin rayonunun seyrək məskunlaşdırılmış mərkəzidir. O, Monqolustanın hazırkı paytaxtı Ulan-Batordan 350 km şərqdə yerləşir.

Mənbə: rossaprimavera.ru

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]