Monopolist biznesmen Vasif Talıbovun tərəfini necə saxlayır?

Naxçıvanda bir nömrəli monopolist hesab olunan Namiq Novruzovun tələskənliyi

Aktualtv.az saytının 26 dekabr 2022-ci il tarixli “Talıbovların mineral su siyasəti: “Son damlasına qədər” MƏNİMSƏMƏ!” başlıqlı yazısı Vasif Talıbovun Naxçıvanda apardığı su siyasəti mövzusunda bəzi mətləblərə aydınlıq gətirdi. Bunun ardınca “Çınqıllı”və “Gülüstan” sularının keçmiş sahiblərinin bəzi açıqlamaları, Naxçıvanda ərzaq məhsullarının biznes monopoliyasını yaradanları möhkəm qorxuya salıb. Nəticədə oxucular və ictimaiyyət tərəfindən məqalədəki həqiqətlərə verilən reaksiya “Ləzzət” MMC-nin rəhbərini möhkəm narahat edib. Hadisələrin onun əleyhinə döndüyünü dərk edən monopolist iş adamı Namiq Novruzov o qədər narahatlıq keçirib ki, “Babək-Sirab” ASC İdarə Heyətinin rəhbəri kimi təcili bütün mətbuata press-reliz göndərib. Özü də bilmədən bu press-relizdə həqiqətləri etiraf edib. Gəlin öncə Namiq Novruzovun açıqlamalarına diqqət yetirək:

Namiq Novruzov bildirir ki, 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrildi, növbəti illərdə dövlətin ayırdığı güzəştli kreditlərin və təsisçilərin öz hesabına şirkət daha da inkişaf etdi. Səhmdarların və “SİRAB” kollektivinin 20 illik əzmkar və yorulmaz fəaliyyəti sayəsində “SİRAB” bu gün ölkənin milli su brendi, Azərbaycanın nümunəvi və xalqın dəstəyini qazanmış sahibkarlıq subyektidir.

“Bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir”.
“SİRAB” çoxsaylı Naxçıvan sakininin əmək haqqı qazandığı bir ünvandır. Bir çox ölkəyə ixrac həyata keçirən “SİRAB” bundan sonra da qətiyyətlə fəaliyyət göstərəcək, Azərbaycanın adını ölkə hüdudlarından kənarlarda da ləyaqətlə təmsil edəcək”.

İndi isə Namiq Novruzovun tələsdiyindən tam aça bilmədiyi həqiqətləri açmağa çalışaq.

  1. İş adamı bildirir ki, “Sirab” Mineral Sular Zavodu ASC-yə çevrildi. Hansı şəkildə? Sirab kəndindəki sexləri bağlatdırmaqla? Yoxsa kəndlinin torpağını zorla əlindən almaqla!
  2. Monopolist biznesmen bildirir ki, dövlətin ayırdığı güzəştli kreditlər və təsisçilərin öz hesabına şirkət daha da inkişaf etdi. Tamamilə doğrudur. Vasif Talıbova yaxın olmayan hansı şirkət rəhbərinə güzəştli kredit ayrılıb, onun biznesi inkişaf etdirilib? Bir nəfərin adını çəkə bilərsiniz? Naxçıvanda quş quşluğu ilə Vasif Talıbovdan xəbərsiz uça bilməzdi. Deməli, Vasif Talıbovun şəxsi göstərişi ilə Namiq Novruzovun rəhbəri olduğu şirkətə milyonlarla kredit ayrılıb. Çünki təsisçiləri çox uzaqgörən idi. Vasifin 20 il hakimiyyətdə olacağını təxmin etmişdilər. Amma birdən-birə belə tez yıxılacağı hesaba qatılmamışdi.
  3. Naxçıvanda yaşayan hər kəs bilir ki, Talıbovlarla əlaqəsi olmayan şirkət heç bir il də ayaqda qala bilməz. Amma Namiq Novruzov necə edirsə Talıbovlar onun qara qaşına, qara gözünə aşiq olur. Və o xanın ən böyük monopolistinə çevrilir.
  4. Əgər dediklərimizdə yalan və iftira varsa, o zaman digər naxçıvanlı iş adamları Talıbovlar tərəfindən incidilib, qurduqları biznes əllərindən alınarkən, Namiq Novruzov necə toxunulmaz şəxsə çevrilib? Bu suala aydınlıq gətirin!
  5. Namiq Novruzov 2003-cü ildən 2022-ci ilə qədər Vasif Talıbova bağlı olmayan bir nəfərin inkişaf etmiş şirkətini misal göstərə bilərmi?
  6. Namiq Novruzov iddia edir ki, Sirab xalqın sevimli suyu, zavod işə xalqın dəstəyini qazanmış şirkətdir. Söhbət hansı xalqdan gedir? Bəlkə xalqın yox, Xanın dəstəklədiyi olmalı idi?
  7. Namiq Novruzov iddia edir ki, “Bu gün də bizi kimlərəsə bağlamaq, saxta iddialarla suçlamaq cəhdləri müşahidə edilir”. O zaman sual yaranır Vasif Talıbova bağlı olmadığınızı necə sübut edə bilərsiniz? İllərdi işçilərə borc yazdırıb, evlərini, maşınlarını satdırmağınızı unutmusunuz? Yoxsa faktlarla yadınıza salaq?
  8. Əgər Namiq Novruzov Talıbovların adamı deyildisə, Talıbovların əli ilə monopoliya yaratmayıbsa, öz ağlı, fərasəti və bacarıqları ilə qurduğu şirkəti inkişaf etdiribsə, deməli Talıbovların istibdadından ən çox əziyyət çəkən o və onun şirkəti olmalı idi. O zaman niyə Vasif Talıbov haqqında həqiqətləri deməyə qorxur?
  9. Namiq Novruzov əgər dediyiniz qədər qətiyyətlisinizsə Valyuta.az saytının suallarına aydınlıq gətirə, lap belə müsahibə də verə bilərsiniz. Bunun üçün Sizə hər bir şəraiti yaratmağa hazırıq. Press-reliz vasitəsilə cəmiyyət içərisində yalnız özünüzü biabır edə bilərsiniz. Çünki fikirlərinizə kimsə inanmır! Valyuta.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]