Yüksək sürətlə hərəkət edən avtomobil aşdı – Ölənlər var

Dünən axşam Bakıda daha bir ağır yol qəzası baş verib.

Suraxanı rayonu ərazisində – Hövsan yolunun 1-ci kilometrliyində 1984-cü il təvəllüdlü Eldəniz Əhmədovun yüksək sürətlə idarə etiyi “Mercedes C Class” markalı avtomobil aşaraq yolun kənarında bir neçə dəfə yuvarlanıb. Nəticədə sürücü E.Əhmədov və sərnişini, 1982-ci il təvəllüdlü Məmməd İskəndərov vəfat edib. Digər sərnişin, 1967-ci il təvəllüdlü Oqtay Qurbanov isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]