Azərbaycana gətirilən avtobus ehtiyat hissələri kəskin bahalaşıb – Qiymətlər

2023-cü ilin ilk günlərində Azərbaycana xaricdən idxal olunan bir sıra təchizat vasitələrinin qiymətinin kəskin bahalaşdığı məlum olub.

Aktualtv.az” xəbər verir ki, bahalaşma əsasən avtobus ehtiyat hissələrinin qiymətləri ilə bağlıdır. Belə ki, ilin ilk günlərindən avtobus ehtiyat hissələrinin 40-50 faizədək bahalaşdığı müəyyənləşib. Bakıda sərnişindaşımada geniş istifadə edilən əksər avtobus modelləri üzrə ehtiyat hissələri Türkiyədən idxal olunduğundan bahalaşma nəzərəçarpan dərəcədə yüksəkdir. Belə ki, qardaş ölkə valyutasının son dövrlərdə xeyli ucuzlaşması fonunda bu ölkədən gətirilən avtobus ehtiyat hissələrinin dəyərində 50 faizdən çox artım müşahidə edilir. Bakıda ictimai nəqliyyatda istismar edilən müasir avtobusların əksəriyyətinin Türkiyə istehsalı olmasını nəzərə aldıqda, bahalaşmanın bu sahəyə hansı dərəcədə zərbə vurduğu məlum olur.

Ümumilikdə isə 2020-ci ildən etibarən Azərbaycana gətirilən və ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti üçün həyati əhəmiyyətli olan bir sıra ehtiyat hissələr, sürtkü yağları və təkərlərin qiymətində 2 dəfədən artıq, bəzilərində isə 3 dəfəyədək bahalaşma qeydə alınıb.

Azərbaycana avtobus ehtiyat hissələri və digər təchizat vasitələri idxal edən əsas təchizatçı şirkətlər bahalaşmanın dünyada davam edən qlobal bahalaşma ilə əlaqədar olduğunu bildirib. Təchizatçılar əksər istehsalçı ölkələrdə, xüsusilə Türkiyədə inflyasiyanın yüksək olması, dövlətin işəgötürənlər qarşısındakı tələbləri ağırlaşdırması səbəbindən onların da öz məhsullarının qiymətini günbəgün artırdığını qeyd ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]