McDonald’s Qazaxıstanı tərk edəcək

Fast food restoranlar şəbəkəsi McDonald’s Qazaxıstanda biznesini bağlamaq niyyətindədir. 
Bu barədə Bloomberg məlumat yayıb. Agentliyin məlumatına görə, qərar Rusiyada tədarük zəncirinin pozulması və ətin alınması ilə bağlı problemlərlə əlaqədardır.

McDonald’s Rusiyanı tərk etdikdən sonra şirkət Qazaxıstandakı françayzilərinə orada kotlet üçün ət almağı qadağan edib. Bununla bağlı “Food Solutions KZ LLP” (“McDonald’s Kazakhstan”) şirkətinə məxsus 24 fast food restoranı işini dayandırmalı olub.

Mümkün itkilərə görə yerli və ya Avropa istehsalçıları ilə təchizat zəncirləri yaratmaq mümkün olmayıb. Qazaxıstandakı McDonald’s françayzinin sahibi Kayrat Boranbayev martın 17-də kvazi-dövlət sektorunun vəsaitlərini mənimsəməkdə ittiham edilərək həbs edildikdən sonra vəziyyət daha da pisləşib.

Məlum olub ki, “Vkusno – vəssalam” Belarusda “McDonalds” fast food şəbəkəsini əvəz edəcək . Müvafiq françayzi müqaviləsi respublikada Amerika fast food şəbəkəsini idarə edən KSB Victory Restaurants ilə imzalanıb. Noyabrın 22-də Belarusda “Vkusno – vəssalam” brendi altında fəaliyyət göstərən müəssisələr fəaliyyətə başlayacaq. Şirkətin mətbuat xidməti müəssisə dəyişərkən bütün iş yerlərini saxlamağa, həmçinin yeməklərin keyfiyyətini və çeşidini eyni səviyyədə saxlamağa söz verib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]