Türkiyədə prezident seçkiləri təxirə salına bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin təxirə salınmasının mümkünlüyünü istisna etməyib.

Bu barədə o, çərşənbə günü parlamentdə jurnalistlərə bildirib.

“Cəmiyyətdə bu və ya digər şəkildə müzakirə olunan hər şey bizim gündəmimizdədir. Su yerində dayanmır” – deyə Ərdoğan ümumi seçkilərin tarixinin təxirə salınmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik yanvarın 2-də jurnalistlərə deyib ki, seçki tarixi geri çəkilə bilər. Onun sözlərinə görə, Ərdoğanın rəhbərlik etdiyi partiya müxtəlif variantları nəzərdən keçirir.

Seçkilər təxirə salınarsa, mümkün tarixlər aprelin 30-u, mayın 7-si və ya 14-üdür.

AKP ilə birlikdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) də daxil olduğu hakim Xalq Alyansı bir müddət əvvəl Türkiyənin hazırkı prezidentinin onun vahid namizədi olacağını açıqlamışdı. Müxalifət hələlik prezident seçkilərində öz namizədini müəyyənləşdirməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]