“Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın” – Akar

“Belə bəyanatların heç bir mənası yoxdur. Mövcud statusu pozan və adaları silahlandıran, ölkəmizin sərhədlərinə qədər gəlib təxribatlar həyata keçirən Yunanıstandır. Dünən balıqçı gəmisinə atəş açan da məhz Yunanıstandır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Aralıq və Egey dənizlərindəki gərginliyi şərh edərkən deyib.

Nazir Yunanıstan tərəfi ilə keçirilən görüşlərin, aparılan dialoqların nəticə vermədiyini söyləyib.

“Biz təxribat törətmirik, hücum və təqib etmirik. Eyni zamanda, bizə edilən hər hansı təqibi cavabsız qoymayacağımızı da deyirik. Bütün qoşunlarımız da bununla bağlı təlimatlandırılıb. Biz bu məsələdə qətiyyətli və qərarlıyıq. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın, ayaqlarınızı yerə qoyun. Biz həqiqətən də səmimi qəlbdən dostluq əlimizi uzadırıq, bu dostluq əlini tutmaqda gecikməyin, çəkinməyin”, – deyə Akar Yunanıstana çağırış edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]