Vasif Talıbova məxsus daşınmaz əmlakların sənədləri itib

Naxçıvanda yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, “Gəmiqaya Şirkəti” MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.

Xatırladaq ki, dünən valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]