Xırıltı və səsin batması: Mütəxəssis yeni qripin fəsadından danışdı – FOTO

“Xırıltı və səsin dəyişməsi “B” qripinin xarakterik əlamətləridir. Onu “A” qripindən bu xüsusiyyətlə ayırmaq olar”.

Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru, tibb elmləri doktoru Mixail Ginzburq “B” qripini “A” qripindən ayırd etməyin yollarından danışarkən bildirib:

“O, səs tellərini vurur və insan dərhal xırıldamağa, fısıldamağa başlayır, səsi çox dəyişir, batır”, – deyə Ginzburq izah edib.

Alimin sözlərinə görə, “B” qripinin qalan simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir: iltihablı proses burun-udlaqdan başlayır, sonra bronxlara və ağciyərlərə enir. 

“Əgər patogenin aşağı düşməsi prosesi dayandırılmasa, o zaman bakterial infeksiya da qoşulur, bu da bronxitə, ağciyər iltihabına və tənəffüs çatışmazlığına gətirir”, – deyə o bildirib.

Ginzburq onu da vurğulayıb ki, “B” qripi virusunun yaratdığı xəstəlik “A” qripinin yaratdığı xəstəlik qədər ağırdır.

Mənbə: TASS

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]