İmkanlı şəxslər Qarabağda evlərini özləri tikəcək – Xüsusi nümayəndəlikdən AÇIQLAMA

“Qarabağda aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək”.

Bunu çıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq:

“Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər.

Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gəlib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir. 

Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi həmin sualları cavablandırıldı”, – deyə o bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]