Prezident ona ev verdi

Prezident İlham Əliyev Azərbaycan yığmasının sabiq voleybolçusu, hazırda Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimovaya ev verib. 

Bu barədə federasiya rəsmisi öz feysbuk hesabında paylaşım edib. 

Ş.Kərimova ölkə başçısına təşəkkür edib: “Bu gün mən həyatımda ən gözəl günlərimdən birini yaşadım. Artıq 10 ildir ki, AVF-nin mətbuat xidmətimdə çalışıram. Bu gün Prezidentimiz tərəfindən mənə və ailəmə verilən evin sevincini və ən əsas nə qədər qürur verdiyini sözlə ifadə edə bilmirəm. Əməyi keçən hər kəsə minnətdaram”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir qrup idmançıya ev hədiyyə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]