Rüfət İsmayılın külli miqdarda pulu mənimsənildi, evsiz qaldı

Türkiyədə yaşayan azərbaycanlı modelyer Rüfət İsmayılın başına iş gəlib. 

Aktualtv.az Türkiyə mediasına istinadən xəbər verir ki, modelyer müflis olan bir tikinti şirkətinin onun 5 milyon 250 min lirəsini (475 278 AZN) mənimsədiyini açıqlayıb. 

Belə ki, İsmayıl 2013-cü ildə şirkətin Esenyurtdakı lüks bir layihə üçün müqavilə bağlayıb. Modelyer 158 kvadratmetrlik ev üçün 280 min dollar (476 000 manat-red.) ödəniş edib. Rüfət hətta pulun bir qismini ödəmək üçün Azərbaycandakı ata evini satıb. 

Evin 2015-ci ildə təhvil veriləcəyi deyilsə də, şirkət sözünü tutmayıb. Müxtəlif bəhanələrlə hər dəfə vaxtı uzadan şirkət müflis olduğunu açıqlayıb.

Rüfət artıq məhkəməyə müraciət etdiyini deyib: “İki evdən də oldum. Artıq iki ölkədə də evsizəm. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacağam”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]