Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva yerli ictimaiyyət arasında böyük hörmət qazanıb.
Azərbaycan diasporunu çoxşaxəli fəaliyyəti ilə təmsil edən birlik rəhbəri “Dağlıq Qarabağda millətlərarası münaqişənin nizamlanmasında iştirak edən Veteranlar Şurası”nın fəxri üzvü seçilib.
Veteranlar Şurasının yaradılmasının 30 illik yubiley tədbirində iştirak edən Ramilə xanıma fəxri üzv seçilməsi münasibətilə vəsiqə və təşəkkürnamə təqdim edilib.
Birlik rəhbərinə müstəqil Qazaxıstan gənclərinin vətənpərvər ruhda yetişməsi naminə göstərdiyi fədakar əməyə, vilayətin ictimai-siyasi və humanitar sahələrinə, mədəni müxtəlifliyinə verdiyi töhfələrə görə minnətdarlıq bildirilib.
FOTO QALEREYA












