İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi

Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunlar etimadnaməni İsrail prezidenti İsaak Hersoqa təqdim edib.

Şakir Özkan Torunlar  İsrail prezidentinin Qərbi Qüdsdəki iqamətgahında keçirilən mərasimdə Hersoq tərəfindən qəbul edilib.

O, görüş zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib. İ.Hersoq dəvətini Türkiyənin Təl-Əvivdəki səfirinin etimadnaməsini qəbul edərkən çatdırıb.

Qeyd edək ki, ötən ilin avqustunda iki ölkə qarşılıqlı şəkildə səfir təyin etmək qərarına gəlib və İsrailin baş naziri Binyamin Netanyahu noyabrda keçirilən seçkilərdə qalib gəldikdən sonra Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün Ərdoğanla razılaşıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]